Paraqvay hökuməti Ronaldinyunu 171 gün sonra həbsdən azad edib

Dünya Kuboku-2002-nin sahibi Ronaldinyu və qardaşı Paraqvay məhkəməsi tərəfindən həbsdən azad edilib. Allsport.az saytının məlumatına görə, əsanəvi braziliyalı bu ölkədə 173 gün keçirib, onlardan 171-i həbsxanada olub.

40 yaşlı ünlü futbolçu mart ayında qardaşı Roberto de Assis ilə birlikdə Paraqvaya girmək üçün, saxta pasportlardan istifadə etmək şübhəsi ilə tutulub. Saxta sənədlər onların otel otaqlarında axtarış aparılarkən aşkarlanıb.

Qonaqların ölkədən qaça biləcəklərindən qorxaraq, istintaq təcridxanasında saxlanılıblar. Aprelin əvvəlində məhkəmə onları 1,6 milyon dollar girov müqabilində ev dustaqlığına buraxıb. O vaxtdan bəri keçmiş futbolçu və qardaşı Asunsyon otellərindən birində qalıblar.

Həmin kateqoriyadan