- Baxış sayı: 35
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 146
- Noyabr 28, 2024
- 0
“Keşlə”dən ayrılan Lorenso Frutos açıqlama verib. Allsport.az xəbər verir ki, 31 yaşlı paraqvaylı hücumçu Azərbaycandakı karyerası ilə bağlı danışıb:
“Venesuelada “Deportivo Lara”da çıxış edirdim. O klubda Libertadores kubokunda oynamaq arzumu reallaşdırdım. Martda maaş problemləri yarandı və pulumuzu ödəmədilər. Rəhbərliklə problem yaşayırdım. Sonra Azərbaycandan təklif gəldi və bunu tərəddüd etmədən qəbul etdim. “Keşlə” mənim üçün çox yaxşı təcrübə oldu. Premyer Liqa tamamlanmadı, koronavirusa görə mövsüm erkən dayandırıldı. 6 qol vurdum və komandam Avropa Liqasına vəsiqə qazandı”.
Frutos Azərbaycandakı həyat tərzindən söz açıb:
“Azərbaycan dilində danışmaq mümkün deyil, çox çətindir. Türk dilinə oxşayan çox qarışıq yerli dildir. Əhalinin bir hissəsi rusca danışa bilir. Gündə 5 dəfə ibadət edən komanda yoldaşlarım var idi. Əsas diqqətimi çəkən isə dini intizamlarının olmasıdır. Hər yerdə ibadət edəcək komanda yoldaşlarım var idi. Əvvəl bunu başa düşməsəm də, sonradan anladım. Azərbaycan müsəlman ölkəsi olsa da, digərləri ilə müqayisədə daha açıq yerdir. Çünki daha qapalı ölkələr var”.