Parataekvondoçular Antalyada

25 martda Antalyada parataekvondo üzrə Türkiyə açıq beynəlxalq turniri keçiriləcək.

Allsport.az xəbər verir ki, ölkəmizi yarışda K44 kateqoriyasında kişi idmançılarımızdan Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq), qadınlardan isə Səmayə Həsənova (47 kq) təmsil edəcək.

Turnir Los-Anceles-2028 yay paralimpiya oyunlarına reytinq xalları qazandırır.

Milli komandamızı yarışa baş məşqçi Fərid Tağızadə və komandanın böyük məşqçisi Yaşar Səfərov çıxaracaq.

Həmin kateqoriyadan