- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA və UEFA-nın təşkilatçılığı ilə “Fairmont” otelində “Futbol və biznes” sammiti təşkil olunub. Allsport.az saytı xəbər verir ki, sammitə toplaşanları salamlayan moderator Rəşad Bayramov səhnəyə “Futbolun makroiqtisadi təsiri” mövzusunda 1-ci panelin iştirakçıları olan AFFA-nın marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyevi, vergilər nazirliyinin əməkdaşı Elçin Məmmədovu və PWС şirkətindən Mövlan Paşayevi dəvət edib. Çıxışçılar mövzu ilə bağlı ətraflı çıxış etdikdən sonra tədbirdə iştirak edən tələbələrin suallarını cavablandırıblar.
Forumun 2-ci panelində “Futbol investisiyasından sosial fayda” mövzusunda müzakirələr aparılıb. Bu paneldə Oleksandr Kucheriavyi (UEFA), Edward Carwardine (UNİCEF) və Tim Crabbe (Substance) fikir mübadiləsi aparıblar.
Sonuncu – 3-cü panelin iştirakçıları Tom Liston (SportMatters), Ceyhun Tağıyev (Coca-Cola) və Tural Piriyev (AFFA) olub. “Futbol tərəfdaşlığının biznesə təsiri” adlı paneldə nümunələri iştirakçıların diqqətinə çatdırıb, sualları cavablandırıblar.
Sammitin ulduz səfiri olan Rober Pires çıxış edib, sammit iştirakçılarına təbrikini çatdırıb. Sonda Piresin iştirakı ilə lotereya keçirilib və sammitin iki iştirakçısı UEFA Avropa liqasının final oyununa bilet qazanıblar.