FOTO
Paytaxtda “Qəbələ” günü

Azərbaycanın qədim və zəngin mədəniyyətinin təbliğ olunması, regionlararası mədəni əlaqələrin gücləndirilməsi, bölgələrin turizm potensialının işıqlandırılması məqsədi ilə “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Bakıda – Gənc Tamaşaçılar Teatrında “Qəbələ günü” keçirilib. Allsport.az xəbər verir ki, layihə çərçivəsində, Qəbələnin adət-ənənələrini, tətbiqi sənət, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını və turizm potensialını əks etdirən sərgi təşkil edilib.

Sərgidə “Qəbələ” İdman Klubu da təmsil olunub. “Qəbələ”nin müxtəlif idman növlərində beynəlxalq turnirlərdə qazandığı kuboklar, medallar və klub aksessuarları nümayiş etdirilib. Paytaxt sakinlərinin marağına səbəb olan sərgidə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, millət vəkili Fəttah Heydərov və Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev də iştirak edib. “Qəbələ” İdman Klubunun stendini ziyarət edən fəxri qonaqlara klubun atributları hədiyyə olunub.

Həmin kateqoriyadan