Pedri zədələnib

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Pedrinin çempionlar liqasında “Slaviya” ilə matçda (4:2) aldığı zədəyə münasibət bildirib.

Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis 23 yaşlı futbolçunun budun arxa əzələsində problem yarandığını, lakin dəqiq dərəcəsinin müayinələrdən sonra bəlli olacağını qeyd edib.

İlkin proqnozlara görə, ispaniyalı ulduzun təxminən bir ay sıradan çıxdığı ehtimal edilir. Bu isə o deməkdir ki, Pedri yanvarın 25-də “Ovyedo” və yanvarın 28-də “Kopenhagen”lə keçiriləcək oyunları qaçıracaq.

Həmin kateqoriyadan