Pedro Enrike: Bu arzuma “Qarabağ”da çatdım

“Qarabağ”ın keçmiş futbolçusu Pedro Enrike müsahibə verib. Allsport.az saytı xəbər verir ki, hazırda Türkiyənin “Kayserispor” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçi Bakıdakı günlərindən də danışıb.

Çempionlar liqasının qrup mərhələsində “Roma” ilə matçda (1:2) fərqlənərək, Azərbaycan klubunun bu turnirdə ilk qolunun müəllifi olan Pedro, bununla arzusuna çatdığını deyib:

“Ürəyim ağrıyırdı, “Qarabağ”dan təklif gələndə PAOK-un prezidentindən məni sərbəst buraxmasını xahiş etdim. Arzum çempionlar liqasında oynamaq idi. Bu arzuma da çatdım”.

Enrike 2017/18 mövsümünü “köhlən atlar”da keçirib. O, 19 oyuna 3 qol vurub.

Həmin kateqoriyadan