- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0

“Sumqayıt” premyer liqanın 8-ci turunda evdə “Neftçi” ilə 0:0 oynayıb. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasov bunu söyləyib:
“Son iki oyunda formada olan komandaya qarşı oynayırdıq. Sevinirəm ki, rəqiblər bizimlə oyunlarda sistemlərini dəyişirlər. İtkilərimiz var, əlimizdəki futbolçulara uyğun oyun qururuq.
Hücumda kəsərli olmağa rəqib imkan vermədi. Ədalətli nəticə heç-heçə idi. Penaltini vura bilməmək üzücü oldu. Zədəlilərin sağalmasını gözləyərək, hazırlıqlara davam edəcəyik”.