Peşəkar çövkən liqasının açılışında möhtəşəm anlar – FOTO

Allsport.az saytı xəbər verir ki, Binə atçılıq mərkəzində təşkil olunan tədbirdə atçılıq federasiyasının prezidenti Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.

Dövlət himni səsləndirildikdən sonra iştirakçı komandaların atla paradı baş tutub. Ardınca Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda nümayiş etdirdiyi şou-kompozisiyası izləyicilər tərəfindən maraqla qarşılanıb.

Daha sonra “Ağstafa Dilbaz” və “Zəfər” komandaları arasında görüş start götürüb. Liqanın ilk turunun digər qarşılaşmaları mayın 22-də eyni məkanda oynanılacaq.

10 komandanın mübarizə apardığı Peşəkar çövkən liqasına dekabrın 4-də yekun vurulacaq.

Həmin kateqoriyadan