PFL-dən “Keşlə”yə “yaşıl işıq”

Peşəkar futbol liqasının nümayəndələri “ASK arena”ya son baxış keçiriblər.

Allsport.az xəbər verir ki, qurum rəsmiləri qış fasiləsindən sonra “Keşlə”nin evdə oynamasına hazır olduğuna qərar veriblər. PFL-in texniki idman şöbəsinin rəisi Elgiz Abbasov bu barədə məlumat verib: “Görülən əsaslı işlərdən sonra bu gün “ASK arena”ya son baxış keçirdik. Stadionu “Keşlə” – “Qaradağ Lökbatan” oyunu zamanı yoxladıq. Ot örtüyündə, otaqlarda, ən əsası projektorlarda hər şey qaydasındadır. Kiçik çatışmazlıqlar var ki, bunlar da tez bir zamanda aradan qaldırılacaq məqamlardır. “Keşlə” qış fasiləsindən sonra ev oyunlarını “ASK arena”da keçirəcək. Bu münasibətlə “Səbail”i də təbrik edirəm”.

2019-cu ilin sentyabrından “ASK arena”nın süni ot örtüyü yenisi ilə əvəz edilmişdi. “Keşlə” buna görə evə oyunlarını “Səbail”in meydanında – “ASCO arena”da keçirirdi.

Həmin kateqoriyadan