- Baxış sayı: 53
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 168
- Fevral 09, 2026
- 0
Türkiyə Sultanlar liqasında 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin hücumçusu Polina Rəhimova çıxış etdiyi “Fənərbağça” öz meydanında“Əczacıbaşı”nı 3:2 hesabı ilə məğlub edib. Voleybolçumuz bu oyunda 11 xal yığıb.
Yığmamızın kapitanı Odina Bayramova şərəfini qoruduğu “Seramiksan” evdə “İlbank” üzərində inamlı 3:0 hesablı qələbə qazanıb. O, öz hesabına 6 xal yazdırıb.
Millimizin digər hücumçusu Yana Kulanın yer aldığı “Bəylikdüzü” komandası “Beşikdaş”a məğlub olub – 2:3. Ən ucaboylu voleybolçumuz bu görüşdə xal qazana bilməyib.