- Baxış sayı: 218
- 27 Noyabr 2025 22:36
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

İtaliyanın Siyena şəhərində polo üzrə Avropa çempionatının final oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, həlledici görüşdə millmiz meydan sahibləri ilə qarşılaşıb. Gərgin oyunda rəqib 8:4 qalib gəlib.
Bu yarışın debütantı olaraq böyük uğura yetişən poloçularımızın qələbə əzmi və mübarizə ruhu rəqabətin ən böyük gözlənilməz hadisəsi olub.
Atçılıq idmanı tariximizə yeni səhifə yazan komandamız, Avropa çempionatının əvvəlki turlarında Niderlandı 7:3, Fransanı 8:4, Slovakiya yığmalarını 11:7 hesabı ilə məğlub edib.