- Baxış sayı: 25
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Argentinalı hücumçu Anxel Di Mariya 2007-ci ildə “Benfika”ya ilk keçidi zamanı coğrafiya biliklərinin zəif olduğunu etiraf edib.
Allsport.az xəbər verir ki, təcrübəli futbolçu Portuqaliya təmsilçisindən təklif alarkən ölkə haqqında heç bir məlumata malik olmadığını bildirib: “Mənə zəng edəndə Portuqaliyanın harada yerləşdiyini, orada portuqalca danışdıqlarını belə bilmirdim. İndi isə Lissabonu çox sevirəm”.
O, keçid qərarının çətin olduğunu, lakin klubun böyüklüyünün onu təsirləndirdiyini qeyd edib: “Mənə izah etdilər ki, bu, Portuqaliyanın ən yaxşı, çempionlar liqası təcrübəsi olan böyük klubudur”.