- Baxış sayı: 57
- 26 Yanvar 2026 23:43
- Baxış sayı: 433
- Yanvar 26, 2026
- 0

Keçmiş UFC döyüşçüsü Dastin Porye Castin Qetci ilə üçüncü döyüş üçün karyerasını bərpa etməyə hazır olduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, bu qərar Qetcinin yanvarın 24-də UFC 324 turnirində Peddi Pimbletti məğlub edərək yüngül çəkidə müvəqqəti kəmərə sahib çıxmasından sonra verilib.
Porye sosial şəbəkə hesabında “Belə bir döyüş üçün geri qayıdardım” yazaraq rəqibinə ismarış göndərib.
Porye və Qeyci indiyə qədər iki dəfə qarşılaşıblar və hərəyə bir qələbə qazanıblar.