- Baxış sayı: 7
- 28 Noyabr 2024 17:52
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
Premyer liqanın cari mövsümünün bitməyinə 1 tur qalmış medalçılar məlum olsa da, bombardirlik yarışında ikitirəlik davam edir. Allsport.az saytı xəbər verir ki, “Neftçi”dən Baqali Dabo, “Qarabağ”dan Mahir Mədətov hərəyə 14 qolla liderliyi bölüşdürür. PFL çempionatın sonunda zirvədə iki və daha artıq futbolçu olacağı halda ən çox qol vuran oyunçunun müəyyənləşmə qaydasını təqdim edib:
1) ən az oyun keçirən
2) ən az penaltidən yararlanan
3) ən çox məhsuldar ötürmə edən
Son turda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Bu qarşılaşmaya qədər Dabo 25, Mədətov 26 görüşdə meydanda olub. Fransız oyunçu bir dəfə penaltidən fərqlənib. Beləliklə, son tur hər iki futbolçu qarşılaşmada iştirak etsə və heç biri fərqlənməsə (və ya eyni sayda fərqlənsə) Baqali ardıcıl ikinci dəfə premyer liqanın ən məhsuldar oyunçusu seçiləcək.
Millimizin hücumçusu görüşdə iştirak etməsə, Dabo isə iştirak edib fərqlənə bilməsə, oyun sayı bərabərləşəcək. Bu halda “flaqman”ın üzvü bir dəfə penaltidən fərqləndiyinə görə, zirvəni yerli futbolçuya təhvil verməli olacaq. Beləliklə, ölkə çempionatının sonuncu mərkəzi qarşılaşması bombardirin müəyyənləşməsi cəhətdən həlledici olacaq.
Qeyd edək ki, “şəriklər”in ən yaxın izləyicisi, “Qəbələ”də çıxış edən Ceyms Adeniyi bu mövsüm 10 dəfə fərqlənib.