- Baxış sayı: 16
- 01 Aprel 2026 14:37
- Baxış sayı: 809
- Mart 30, 2026
- 0

Bu gün Bakı olimpiya stadionunda premyer liqaya təyinat alan hakimlər FİFA fitnes testi veriblər. Allsport.az saytı xəbər verir ki, oyunlara 4-cü hakim kimi təyinat alanlar da qatılıblar. Testləri AFFA-nın hakimlər komitəsinin sədri Fritz Stuchlik və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev götürüb.
Test iki hissədən ibarətdir:
Test-1 (təkrar sprint bacarığı): maksimum 6 x 40 m. 6.0 saniyə
Test-2 (məsafə testi): 75 m / 25 m (15 san / 18 saniyə) – 10 dövr
Sabah premyer liqaya təyinat alan köməkçi hakimlər aşağıdakı normativlər üzrə test verəcəklər:
Test-1 (CODA)
Test-2 (təkrar sprint bacarığı)
Test-3 (məsafə testi)