- Baxış sayı: 14
- 31 Mart 2026 15:25
- Baxış sayı: 686
- Mart 30, 2026
- 0

Azərbaycan premyer liqasında V turun son oyunu keçirilib.
Allsport.az xəbər verir ki, “Kapital Bank Arena”da “Sumqayıt” və “Qəbələ” komandaları üz-üzə gəlib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma qolsuz yekunlaşıb – 0:0.
Görüşün 90-cı dəqiqəsində maraqlı epizod yaşanıb. Məsiyev əvvəlcə “Sumqayıt”ın, daha sonra “Qəbələ”nin autu səhv yerinə yetirdiklərini bildirərək, topu rəqib tərəfə verib.
Bu nəticədən sonra xalını 10-a çatdıran “Qəbələ” “Qarabağ”ı topların fərqində keçərək, birinci pilləyə yüksəlib. Xalını 7-yə yüksəldən “Sumqayıt” isə 5-ci pilləyə qalxıb.