Premyer liqada 3-cü tura start verilir

Bu gün premyer liqamızda 3-cü tura start veriləcək. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Tur “Sabah” – “Qəbələ” matçı ilə başlayacaq. Əyalət təmsilçisi 4 xalla 2-4-cü yerləri bölüşdürür. Hər iki görüşdə uduzan paytaxt klubu isə sonuncu – 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək premyer liqada 11 dəfə üz-üzə gəliblər. Bunların 5-də “Sabah”, 4-də isə qonaqlar qələbə qazanıb. Topların fərqində də meydan sahibləri üstünlüyə malikdir – 14:11.

Günün digər qarşılaşmasında “Keşlə” “Zirə”ni qəbul edəcək. Meydan sahibləri keçirdiyi hər iki görüşdə məğlub olub. Qonaqlar isə 1 xalla 6-cı sıradadır. Paytaxt təmsilçiləri çempionatda 23 dəfə qarşılaşıb. Bunların 6-də “Keşlə”, 7-də isə “Zirə” 3 xal qazanıb. Topların fəriqində qonaqların minimal üstünlüyü var – 28:27.

Azərbaycan premyer liqası, III tur

18:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank respublika arena”.

20:15. “Keşlə” –“Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK arena”.

III turun “Səbail” – “Sumqayıt” və “Neftçi” – “Qarabağ” oyunları sentyabrın 12-də olacaq.

Həmin kateqoriyadan