Premyer liqada tarixə düşdü

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva, İngiltərə premyer liqasında ən çox oyun keçirən portuqaliyalı oyunçu olub. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 32-ci turda “Siti”nin heyətində “Çelsi”yə qarşı oyunda meydana çıxıb.

Bernardo Silva premyer liqada 297-ci oyununu keçirir və “Fulhem”, “Vest Hem” və “Arsenal”ın keçmiş oyunçusu Luis Boa Morteni (296 oyun) geridə qoyaraq ən çox oyun keçirən portuqaliyalı oyunçu olub. İlk üçlüyü Kriştianu Ronaldu (236) tamamlayır.

Həmin kateqoriyadan