Premyer liqamızın ulduzu butsılarını mıxdan asır

“Sabah”ın futbolçusu Marko Deviç karyerasını başa vurmağa hazırlaşır. Allsport.az “Futbol1” kanalına istinadən xəbər verir ki, 36 yaşlı serb əsilli ukraynalı hücumçu paytaxt təmsilçisi ilə müqaviləsi bitəndən sonra futboldan gedəcəyini deyib:

“Vida matçı barədə düşünürəm. “Sabah” klubu ilə müqaviləmin müddəti mövsümün sonu başa çatacağı üçün karyeramı bitirəcəyəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm”.

Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb. Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.

Həmin kateqoriyadan