Prezident İlham Əliyev Bakı-2015-in baş ofisində

Prezident İlham Əliyev Bakı 2015-in baş ofisində olub. Allsport.az xəbər verir ki, dövlət başçısı və xanımı Mehriban Əliyeva komitədə görülən işlərlə yaxından tanış oldular.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş ofisinə səfərində onu xanımı, Bakı 2015 İlk Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və gənclər və idman naziri Azad Rəhimov müşayiət etdilər.

Qonaqları BAOƏK-in baş əməliyyat direktoru Saymon Kleqq və onun müavini Mayk Loynd qarşıladılar. Onlar dövlət başçısına komitənin fəaliyyəti haqqında ətraflı məlumat verdilər.

Daha sonra Prezident İlham Əliyev Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzində işlərin gedişi və baş ofisdə işçilər üçün yaradılan şəraitlə yaxından tanış oldu.

Prezident İlham Əliyev BAOƏK-in əməkdaşları qarşısında çıxış edərək onlara işlərində uğurlar arzuladı. Dövlət başçısı birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyindən əmin olduğunu bildirdi.

Sonda dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əməliyyat komitəsinin kollektivi ilə xatirə şəkli çəkdirdilər.

Həmin kateqoriyadan