Prezident millimizin üzvünü təriflədi

Almaniya 2-ci Bundesliqa təmsilçisi “Ersgebirge”nin prezidenti Helge Leonhardt “wochenendspiegel” nəşrinə müsahibəsində millimizin üzvü Dmitri Nəzərov barədə danışıb. Allsport.az xəbər verir ki, klub başqanı 30 yaşlı yarımmüdafiəçini tərifləyib:

“7-ci pillə bizim üçün əla yerdir. Doğma meydanda çox matçda qələbə qazandığımıza görə bizə dəstək olan azarkeşlərə borcluyuq. Komanda və məşqçi heyəti birlikdə yaxşı iş gördü. Daha bir güclü mövsüm keçirən Martin Manneli vurğulaya bilərəm.

Filipp Rise, Florian Kruger, Klemens Fandrix, Yan Hoşheydt və Dmitri Nəzərov da bu mövsüm güclü idi. Marko Mixoyeviç mövsümün ilk yarısında əla oyun göstərdi. Unutduğum digər futbolçular məni bağışlasınlar”.

Həmin kateqoriyadan