- Baxış sayı: 12
- 01 Aprel 2026 16:20
- Baxış sayı: 810
- Mart 30, 2026
- 0

Portuqaliyanın 2-ci liqa təmsilçisi “Şaveş”in müdafiəçisi Kevin Medina karyerasını növbəti mövsümdən “Qarabağ”da davam etdirəcək. Allsport.az xəbər verir ki, klubun prezidenti Fransisku Joze Karvalyu kolumbiyalı oyunçunun Azərbaycan klubuna keçdiyini təsdiq edib:
“Transfer tamamlanıb. Yalnız tibbi müayinədən keçmək lazımdır. Ancaq beynəlxalq uçuşlar olmadığı üçün bu məsələ qalıb”.
Klub rəhbəri Ağdam klubundan alacaqları təzminatı açıqlamayıb.
2017-ci ildən “Şaveş”də oynayan 27 yaşlı futbolçu bu mövsüm 11 matç keçirib.