Prosineçki: “Komandam ən gözəl oyununu göstərdi”

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, millimizin xorvatiyalı çalışdırıcısı 2:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

“Komandam ən gözəl oyununu göstərdi. Rəqib hesabda öndə olanda da hücum futbolunu davam etdirik. Öz səhvlərimizə görə rəqib iki dəfə qapıya zərbə vurdu, hər ikisi də qol oldu. Bizim isə qapıya 21 zərbəmiz oldu. Təəssüf ki, qol şanslarından yararlana bilmədik. Amma yenə də komandamdan razıyam. Oyunun gedişini nəzərə alsaq, deməliyəm ki, 2 xal itirdik. Futbolda səhvlər bağışlanmır. Oyun boyu hücum edən tərəf biz olduq. Amma rəqib buraxdığımız səhvləri bağışlamadı. Azərbaycan millisi artıq futbol oynayır. Bununla fəxr etməliyik. Hamı mübarizə aparır”.

Həmin kateqoriyadan