- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
PSJ-nin futbolçuları Anxel Di Mariya və Markinyoşun evləri soyulub. Allsport.az xəbər verir ki, hadisə Fransa 1-ci liqasının 29-cu turunun “Nant”la matç zamanı baş verib.
Futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri qarət edib və onları girov götürüblər. Oyun zamanı klubun idman direktoru Leonardo komandanın baş məşqçisi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və o, ağlayaraq meydanı tərk edib.
O, ailəsinin yanında olmaq üçün dərhal evə yola düşüb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb, klub iki oyunçuya və onların ailələrinə tam dəstəyini təklif edəcək.
PSJ qarşılaşamada 1:2 hesabı ilə uduzub.