- Baxış sayı: 24
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 206
- Fevral 04, 2026
- 0

PSJ-nin braziliyalı hücumçu Neymara çəkdiyi xərci məlum olub. Allsport.az xəbər verir ki, Paris təmsilçisi 28 yaşlı futbolçunu “Barselona”da 222 milyon avroya transfer edib.
Onun illik maaşı 37 milyon avrodur. 3 il ərzində paytaxt klubu Neymara 111 milyon avro məvacib ödəyib. Beləliklə, ulduz oyunçunun bütün xərcləri 333 milyon avro edib.
Neymar PSJ-nin rəsmi matçlarının 51 faizində iştirak edib. Braziliya millisinin üzvünün bir oyunu Fransa klubuna 4,16 milyon avroya başa gəlir.
Neymar bu mövsüm Liqa 1-də 15 oyunda 13 qol vurub.