- Baxış sayı: 119
- 15 Mart 2026 22:30
- Baxış sayı: 52
- Mart 15, 2026
- 0

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən Azərbaycan premyer liqası klublarının iştirakı ilə növbəti yoxlama oyunu keçirilib.
Allsport.az xəbər verir ki, “Qəbələ” “Araz-Naxçıvan”la görüşüb.
Matç komandaların hazırlıq keçdiyi Qəbələ şəhər stadionunda baş tutub. Qarşılaşmanın hər hissəsində bir qol vuran meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. 14-cü dəqiqədə Əyyub Allaş, 57-ci dəqiqədə isə Samuel Tetteh fərqlənib.