- Baxış sayı: 7
- 31 Mart 2026 13:31
- Baxış sayı: 652
- Mart 30, 2026
- 0
“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, əyalət təmsilçisi iordaniyalı futbolçu Ömər Hani ilə 1+1 illik müqavilə imzalanıb.
22 yaşlı cinah yarımmüdafiəçisinin ilk klubu yerli “Əl-Faysali” olub. O, 2019-cu ildə Kipr APOEL-linə keçib. Sonra icarə əsasında Nikosiya “Olimpiakos”unda da çıxış edib.
İordaniyanın U-19 və U-23 millilərindən forma geyinmiş Ömər, əsas yığmada 1 oyun keçirib.