- Baxış sayı: 33
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 146
- Noyabr 28, 2024
- 0
“Qəbələ”nin əməkdaşı Tural Yunusov fəaliyyətini Türkiyədə davam etdirəcək. Allsport.az xəbər verir ki, Qəbələ şəhər stadionunun ot örtüyünə cavabdehlik daşıyan mütəxəssislərdən biri olan Yunusov super liqa təmsilçisi “Göztəpə”də çalışacaq.
Mütəxəssis İzmir klubunun meydanına baxan heyətdə yer alacaq. O, İrlandiyanın “SİS” şirkətinin dəvəti ilə qonşu ölkəyə yollanıb. Bu dəvətdə Türkiyəyə yollanan “Qəbələ”nin digər əməkdaşı Rəşad Cabbarovun uğurlu fəaliyyəti də rol oynayıb. Super liqanın digər təmsilçisi “Kasimpaşa”nın məşq meydanlarının durumuna cavabdeh olan mütəxəssis artıq 10 aydır qonşu ölkədə uğurla çalışır.
Cabbarov 2013-cü ildə “Qəbələ”dən praktika keçmək üçün “Qalatasaray”a yollanıb, həm “sarı-qırmızılar”, həm “Kasımpaşa”nın meydanları ilə tanış olub. O, Türkiyədəki stadionların ot örtüyünə məsul olan “SİS” şirkətinin dəvəti ilə ötən il Kasımpaşanın eyniadlı klubuna bir aylıq sınaq müddətinə yollanıb. Bu müddəti uğurla başa vuran mütəxəssis artıq 10 aydır “Kasımpaşa”nın məşq meydanlarına cavabdehlik daşıyır.