- Baxış sayı: 24
- 16 Dekabr 2025 13:45
- Baxış sayı: 433
- Dekabr 15, 2025
- 0

“Qəbələ” Azərbaycan kubokunda 10-cu böyük hesablı qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. Öz meydanında “Sabah”la qarşılaşan “qırmızı-qaralar” 3 cavabsız qol vurub. Ölkə kubokunda bunadək 64 görüş keçirən komanda 9 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlmişdi. 65-ci matç 10-cu böyükhesablı qələbə ilə başa çatıb.