- Baxış sayı: 191
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 191
- Dekabr 05, 2025
- 0

Avqustun 21-də premyer liqada 2020-2021-ci illər mövsümü başlayacaq. Allsport.az xəbər verir ki, 29-cu ölkə çempionatı “Qəbələ” üçün yubileylə əlamətdar olacaq.
Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 15-ci dəfə güclülərin mübarizəsinə qatılacaq.
Komanda indiyədək 14 dəfə premyer liqada (əvvəlki güclülər dəstəsi) qüvvəsini sınayıb. “Qəbələ” bu çempionatlarda 5 dəfə mükafatçılar sırasına düşüb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.
Arxada qalan 14 mövsümdə komanda 412 matça çıxıb. Bu görüşlərdə 166 qələbə qazanan “Qəbələ” 107 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 139 dəfə məğlubiyyətlə üzləşib. 505 qol vuran bölgə təmsilçisi 444 top buraxıb.
| 2006/07 | 24 | 4 | 4 | 16 | 17-47 | 20 | XI yer |
| 2007/08 | 26 | 11 | 3 | 12 | 33-36 | 36 | VI yer |
| 2008/09 | 26 | 9 | 6 | 11 | 28-21 | 33 | X yer |
| 2009/10 | 32 | 13 | 10 | 9 | 36-36 | 49 | VI yer |
| 2010/11 | 32 | 13 | 12 | 7 | 31-18 | 51 | VII yer |
| 2011/12 | 32 | 15 | 7 | 10 | 43-32 | 52 | V yer |
| 2012/13 | 32 | 10 | 8 | 14 | 32-40 | 38 | VI yer |
| 2013/14 | 36 | 18 | 7 | 11 | 48-36 | 61 | III yer |
| 2014/15 | 32 | 15 | 9 | 8 | 46-35 | 54 | III yer |
| 2015/16 | 36 | 16 | 11 | 9 | 44-28 | 59 | III yer |
| 2016/17 | 28 | 14 | 10 | 4 | 46-21 | 52 | II yer |
| 2017/18 | 28 | 14 | 7 | 7 | 43-26 | 49 | II yer |
| 2018/19 | 28 | 9 | 9 | 10 | 31-33 | 36 | IV yer |
| 2019/20 | 20 | 5 | 4 | 11 | 25-35 | 19 | VIII yer |
| Cəmi | 412 | 166 | 107 | 139 | 505-444 | 605 |