- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Serbiyanın “Çukariçki” klubunun baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri cavab matçını şərh edib. Allsport.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları qarşılaşmadan (ilk oyun 1:0) sonra bunları söyləyib:
“Biz hətta 120 dəqiqə oynamağa da hazır idik. Amma belə açıq oyuna hazır deyildik. “Qəbələ”nin belə oynayacağını gözləmirdik. Bakıya bir qol üçün getmişdik. Təəssüf ki, bunun öhdəsindən gələ bilmədik. Şanslarımızdan istifadə edə bilsəydik, qələbə də qazana bilərdik. Rəqibin hər iki qolu futbolçularımızın səhvi nəticəsində vuruldu. Həm də bəxtimiz gətirmədi. Həm də bir neçə gün öncə Serbiya çempionatında ağır oyun keçirmişdik. Üstəlik, uzun yolçuluq da bizi əldən saldı”.