- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 223
- Mart 30, 2026
- 0

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin “D” qrupunun 2-ci turunda Beninlə görüşdə meydana çıxıb.
Matç 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer alan futbolçu 90 dəqiqə meydanda olub, 43-cü dəqiqədə sarı vərəqə alıb.
“Şahinlər” 1 xalla 4-cü pillədə qərarlaşıblar. Lalavelenin komandası oktyabrın 10-da evdə Qambiya ilə üz-üzə gələcək.