- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
UEFA icraiyyə komitəsi COVID-19 pandemiyasının turnirlərin təşkilinə göstərdiyi mənfi təsirləri nəzərə alaraq, UEFA gənclər liqası turnirinin 2020/2021-ci il mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul edib. Allsport.az xəbər verir ki, UEFA icraiyyə komitəsi tərəfindən bir müddət əvvək turnirin startının təxirə salınması barədə qərar qəbul olunmuşdu.
Lakin ötən müddət ərzində mövcud şəraitin bu beynəlxalq turnirin başlanmasına imkan verməməsi, UEFA klub yarışları komitəsi və Avropa klublar assosiasiyası ilə aparılmış məsləhətləşmələrdən sonra gənclər liqasının cari mövsümünün ləğvi məqsədəuyğun sayılıb.
Turnirdə “Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandası mübarizə aparmalı idi. Əyalət təmsilçisi martın 4-də 1/32 final mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşmalı idi.