- Baxış sayı: 22
- 31 Mart 2026 13:31
- Baxış sayı: 659
- Mart 30, 2026
- 0

“Qəbələ”nin gənclər liqasında yeni mövsümün 1-ci mərhələsində ilk oyununun hakimləri açıqlanıb. Allsport.az saytı xəbər verir ki, çempionlar yolunda U-19 komandasının Niderland “Alkmaar”ı ilə qarşılaşmasına ukraynalılar təyinat alıblar.
Sentyabrın 29-da Qəbələ şəhər stadionunda 17:00-da başlayacaq görüşün baş referisi Viktor Kopilevskidir. Ona Vitali Skobila və Vladimir Korotin kömək edəcəklər. 4-cü hakim funksiyasını həmyerlimiz Fərid Hacıyev yerinə yetirəcək.