- Baxış sayı: 201
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 201
- Dekabr 05, 2025
- 0

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ”nin Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi dəyişib.
Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya şəhərindəki təlim-məşq toplanışındakı 4-cü matçda Rumıniyanın “Konkordiya” klubu ilə görüşəcək.
Bu matç yanvarın 25-də baş tutacaq. Öncədən həmin gün Bolqarıstanın “Dunav” klubu ilə qarşılaşma nəzərdə tutulsa da, rəqib Rumıniyanın 2-ci liqa təmsilçisi olacaq.