- Baxış sayı: 196
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 196
- Dekabr 05, 2025
- 0

Koronavirus üzündən dayandırılan premyer liqanın arxada qalan 20 turunda “Qəbələ” 25 qol vurub. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində ən yaxşı bombardir mövsümün ilk yarısında 5 dəfə rəqib qapısına yol tapan Davit Volkovdur. Rövlan Muradovla qış transferi Nikolas Rayselin hərəyə 4 qolu var.
Mövsüm ərzində vurulan qol sayında klub tarixinin rekordçusu Baqali Dabodur. O, 2017/18 mövsümündə 13 dəfə rəqib qapısına yol tapıb. Daniel Subotiç isə ondan 4 il əvvəl 12 qola imza atıb.
1. Baqali Dabo – 13 (2017/18)
2. Daniel Subotiç – 12 (2013/14)
3-4. Cavid Hüseynov – 11 (2014/15)
Filip Ozobiç – 11 (2016/17)
5-6. Aleksey Qay – 10 (2015/16)
Ceyms Adeniyi – 10 (2018/19).