- Baxış sayı: 37
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 788
- Mart 30, 2026
- 0

Azərbaycanın U-21 millisinin üzvü İbrahim Qədirzadə karyerasını Gürcüstanda davam etdirəcək. Allsport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Samtredia” ilə müqavilə imzalayıb.
Yüksək liqa klubu müqavilənin detallarını açıqlamayıb.
“Xəzər Lənkəran”ın yetirməsi 2019-cu ildə MOİK-lə divizion çempionluğu yaşayıb, “Qarabağ”ın U-19 komandasında UEFA Gənclər Liqasının iştirakçısı olub. O, son olaraq “Neftçi”də çıxış edib.