- Baxış sayı: 51
- 15 Dekabr 2025 17:57
- Baxış sayı: 38
- Dekabr 16, 2025
- 0

Qadın həndbol klubları məşqlərə başlayıblar. Allsport.az saytı xəbər verir ki, AHF kuboku uğrunda yarışlarda iştirak edəcək təmsilçilərimiz avqustun 15-dən hazırlıq keçirlər. Artıq qadınlarda oyunların vaxtı və məkanları müəyyənləşib.
Rəqabətə 1/32 finaldan qatılacaq “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja” komandası ilə 30 sentyabr – 1 oktyabr tarixlərində rəqib meydanında görüşəcək.
“Qarabağ” da İspaniyanın “KH-7 BM Granollers” kollektivi ilə sentyabrın 30-u və oktyabrın 1-də səfərdə qarşılaşacaq.
“Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə 23-24 sentyabr tarixlərində Mingəçevir “Kür” olimpiya idman mərkəzində üz-üzə gələcək.