- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 191
- Mart 19, 2026
- 0

Bakı-2017-nin həndbol yarışında qrup mərhələsinin 2-ci turunda kişilərdə “A” qrupunda yer alan Əlcəzair yığması Pakistan millisinə asanlıqla qalib gəlib – 47:24. Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən digər matçda Səudiyyə Ərəbistanı kollektivi millimizdən üstün olub – 38:31.
Kişi həndbolçularımızdan fərqli olaraq, qadınlarımız 2-ci görüşü də qələbə ilə başa vurublar. Komandamız Özbəkistan millisini böyük fərqlə məğlub edərək, mərhələ adlayıblar (47:21).
Kamerun – Türkiyə matçında isə qardaş ölkənin həndbolçuları cüzi üstünlüklə qalib gəliblər (33:31).