- Baxış sayı: 24
- 19 Yanvar 2025 11:21
- Baxış sayı: 109
- Yanvar 17, 2025
- 0
Qadın voleybolçulardan ibarət millimiz Avropa Liqasına Bakıda hazırlaşır. Allsport.az saytı xəbər verir ki, “Azərreyl” İdman Bazasında məşqlərini davam etdirən millimizə Aleksandr Çervyakov rəhbərlik edir. Ancaq son dünya çempionatında və ilk Avropa Oyunlarında komandaya rəhbərlik etmiş mütəxəssisin Avroliqadada eyni funksiyanı yerinə yetirib-yetirməyəcəyi dəqiq bilinmir.
Faiq Qarayevin yenidən əvvəlki postuna qayıdacağı istisna olunmur. Mayın 14-də yığmanın lideri Polina Rəhimova da düşərgəyə qoşulacaq. Plana əsasən millimizin mayın 20-dən ölkə xaricində 10 günlük təlim-məşq toplanışı keçəcəyi gözlənilir. Bu müddət ərzində komandamız bir neçə yoxlama oyunu keçirəcək. Ancaq hələ səfər məkanının və sınaqçı rəqiblərin adları bəlli deyil.
Qeyd edək ki, yığmamız “B” qrupunda Fransa, Monteneqro və İspaniya ilə qarşılaşacaq. İlk dövrənin oyunları iyunun 3-5-də Monteneqroda, ikinci dövrənin matçları isə iyunun 10-12-də Fransada keçiriləcək. Avropa Liqasının qalibinin dünya qran prisinə vəsiqə qazanacağını da xatırladaq.