Qadınlar gününə həsr olunan şou

Martın 7-də Heydər Əliyev adına idman-konsert kompleksinin buz meydançasında fiqurlu konkisürmə üzrə şou keçirilib.

Allsport.az xəbər verir ki, “Ocaq” və “Tamis” idman klublarının idmançıları öz xüsusi proqramları ilə çıxış ediblər. Onlar musiqi müşayiəti altında estetik və dinamik kompozisiyalar nümayiş etdirərək fiqurlu konkisürmənin incəliyini və gözəlliyini təqdim ediblər.

“İdman həftəsi” və Bakı 2026 – “dünyanın idman paytaxtı” çərçivəsində, gənclər və idman nazirliyi, “Ocaq” və “Tamis” idman klublarının təşkilatçılığı ilə keçirilən tədbir 8 mart – beynəlxalq qadınlar gününə həsr olunub.

Həmin kateqoriyadan