- Baxış sayı: 29
- 01 Aprel 2026 13:54
- Baxış sayı: 808
- Mart 30, 2026
- 0

“Qalatasaray”ın qapıçısı Fernando Muslera Türkiyə çempionatının 27-ci turunda səfərdə “Rizəspor”la oyunda rəqib futbolçu Milan Şkoda ilə toqquşaraq ağır zədə alıb. Allsport.az xəbər verir ki, 15-ci dəqiqədə zədələnən uruqvaylı qolkiper dərhal xəstəxanaya aparılıb.
Ayağında iki qırıq aşkarlanan 33 yaşlı qapıçı ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq.
“Qalatasaray” qarşılaşmada 0:2 hesabı ilə məğlub olub.