“Qalatasaray”ın yetirməsi “Zirə”də

“Zirə” yeni futbolçuyla anlaşıb.

Allsport.az xəbər verir ki, “qartallar” Ərən Aydını heyətinə qatıb.

Türkiyəli hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

“Qalatasaray”ın yetirməsi olan 22 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğdə Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.

Həmin kateqoriyadan