Qana millisi baş məşqçisini qovdu

Qana futbol federasiyası baş məşqçi Otto Addonu istefaya göndərib.

Allsport.az xəbər verir ki, qərar komandanın yoldaşlıq oyunlarındakı 4 ardıcıl məğlubiyyətindən, xüsusən Almaniyaya (1:2) uduzmasından sonra verilib.

DÇ-2026-nın startına az qalmış baş verən bu ayrılıqdan sonra “qara ulduzlar”ın yeni məşqçi axtarışına başladığı bildirilir. Qana mundialda ilk oyununu iyunun 17-də Panamaya qarşı keçirəcək.

Həmin kateqoriyadan