- Baxış sayı: 3
- 28 Noyabr 2024 12:52
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 16-cı turunda “Sumqayıt” – “Qarabağ” matçında “Fair play” qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, görüşün 20-ci dəqiqəsində qonaq futbolçu Filip Ozobiç fərqlənsə də, top qapı torundan çölə çıxdığı və bu məqam hakimlərin nəzərindən yayındığı üçün, qol qeydə alınmayıb.
Həmin anda referilərin düzgün qərar verməsinə “Sumqayıt”ın futbolçuları – Vurğun Hüseynovla Rail Məlikov yardımçı olublar. Məhz onlar epizodun qol olduğunu təsdiqləyəndən sonra, baş hakim hakim Orxan Məmmədov mərkəzi göstərib.
“Qarabağ” rəqibin bu əməyini unutmayıb. Ağdam klubu sosial şəbəkə hesabında buna görə minnətdarlıq mesajı yayımlayıb: “Bu günkü oyunda ilk qol zamanı hakimə doğru qərar verməkdə kömək edən Rail Məlikova təşəkkür edirik”.
Qeyd edək ki, “Qarabağ” bu oyunda 2:0 hesabı ilə üstün olub.