“Qarabağ” 3 pillə geriləyib
9 mart 2018 / 13:48 Baxış sayı: 1009 UEFA klubların yeni əmsalını açıqlanıb. Allsport.az saytı xəbər verir ki, çempionlar və Avropa liqalarının görüşləri cədvəldə müəyyən dəyişikliklərə səbəb olub. Qitənin 442 komandasının yer aldığı siyahıda son 5 mövsümün nəticəsində 20,500 xal toplayan “Qarabağ” 3 pillə geriləyib.
Buna İspaniyanın “Selta”, “Real Sosyedad” və kolektivlərinin avrokubokda uğurlu çıxışı ilə Azərbaycan çempionunu 0,042 xal arxada qoymasıdır. İndi “köhlən atlılar” 73-cü sıradadır. Eyni xalla BATE (Belarus) və “Yanq Boyz” klubları da bizə şərikdirlər.