“Qarabağ” Bolqarıstanda daşı daş üstündə qoymadı – 7:2!

“Qarabağ” çempionlar liqasının 3-cü ələməsində Bolqarıstanda yerli “Ludoqoreç”ə qarşı cavab oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, ilk matçda Bakıda gözlənilmədən 1:2 uduzan Qurban Qurbanovun komandası səfərdə bunun artıqlaması ilə əvəzini çıxıb.

Düzdür, görüşün ilk hissənin 3/1-i heç də istədiyimiz kimi getməyib. Hesabı Juninyo (7 dəq) açsa da, meydan sahibləri Kvadvo Dua ilə (13 dəq, 23-pen) önə keçiblər. 1-ci yarının artırılmış ilk dəqiqəsində Yasin Benzia 11-metirlik cərimə zərbəsindən hesabda tarazlıq yaradıb. Bundan 4 dəqiqə sonda səhnəyə Patrik Andrade çıxıb və dəqiq vuruşla “köhlən atlar”ı fasiləyə üstün daşıyıb.

2-ci yarıda qarşılıqlı hücumlar şəraitində keçib və hesab dəyişməyib. Əlavə 30 dəqiqədə “Qarabağ” Razqradda daş üstündə daş qoymayıb. Öncə Toral Bayramov (93 dəq), sonra Redon Cica (110 dəq), daha sonra Patrik Andrade (112 dəq) fərqi artırıblar. Oyunda son nöqtəni Yasin Benzia (118 dəq) qoyub.

Həmin kateqoriyadan