«Qarabağ» da mart ayından KİV-ə reklamı dayandırdı

Maliyyə sıxıntısı son Azərbaycan çempionunun sponsoru «Azərsun»u da vurdu 

Ölkə KİV-ində, dünya bazarında neftin ucuzlaşması ilə bağlı Azərbaycanda yaranan maliyyə sıxıntısı xəbəri, təsdiqini idman sahəsində də tapmaqdadır. Allsport.az saytının məlumatına görə, «Neftçi», «Xəzər-Lənkəran» klublarının ardından, bu gün «Qarabağ» da bəzi KİV-lərlə reklam ödənişlərini kəsib. Əməkdaşlığı dayandırılan mətbu orqanlar arasında Gənclər və İdman Nazirliyinin rəsmi orqanı «İdman» qəzeti də var.

Qarşı tərəfdən verilən açıqlamada bildirilir ki, reklam ödənişlərinin ara verilməsi ,«Qarabağ»ın sponsoru olan «Azərsun»da maliyyə sıxıntısıdır və bu, rəhbərliyin göstərişidir. Vəziyyət düzələrsə, yeni mövsümdə əməkdaşlıq yenidən bərpa olunacaq.

Xatırladaq ki, «Azərsun» şirkəti Bakı-2015 ilk Avropa Oyunlarının rəspi sponsorlarındandır.

Həmin kateqoriyadan