- Baxış sayı: 36
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 787
- Mart 30, 2026
- 0

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.
Allsport.az xəbər verir ki, hazırlığın 5-ci günü 2 məşqlə geridə qalıb. Günün ilk məşqi yerli vaxtla saat 11:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular hazırlıq prosesində fiziki təmrinləri yerinə yetirib.
Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-da start götürüb və təxminən bir saat yarım davam edib. Hazırlıqda fiziki çalışmalara üstünlük verilib. Sonda isə toplu çalışmalarla məşqə yekun vurulub.
“Qarabağ” yanvarın 17-də 1 məşqlə kifayətlənəcək.